İsrail Qəzzada xəstəxananı vurdu: 6 ölü, 28 yaralı

İsrail Qəzzada xəstəxananı vurdu: 6 ölü, 28 yaralı
Dünya 13 Noyabr 2026 11:36

İsrail ordusunun Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində yerləşən Nasser xəstəxanasına endirdiyi hava zərbəsi nəticəsində 6 nəfər ölüb, 28 nəfər yaralanıb.

Sitat.info xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Həlak olanlar arasında xəstəxananın cərrahı və 13 yaşlı yeniyetmə də var. Zərbə nəticəsində tibb müəssisəsinin bir neçə şöbəsinə və əməliyyat otağına ciddi ziyan dəyib.

İsrail ordusu hücumun HƏMAS üzvlərinə qarşı həyata keçirildiyini və xəstəxanadan hərbi məqsədlərlə istifadə olunduğunu iddia edib. HƏMAS isə bu ittihamları rədd edib.

Qeyd edək ki, 2025-ci ilin oktyabrında qüvvəyə minən atəşkəs razılaşmasına baxmayaraq, Qəzza zolağında İsrailin hərbi əməliyyatları davam edir.

 Aytac,
Sitat.info