Putinin Ukrayna ilə bağlı dörd ssenarisi: İkisi alınmadı, ikisi isə...
Sitat.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.
Nəşr qeyd edib ki, Putinin digər iki strategiyasının isə gələn ilədək nəticə vermək şansı daha yüksəkdir. Bunlar fasiləsiz raket və dron hücumları ilə Ukrayna iqtisadiyyatını iflic etmək, həmçinin Kiyevə yardıma qarşı çıxan və getdikcə populyarlaşan siyasi partiyaların təzyiqi nəticəsində Avropanın Ukraynaya dəstəyinin zəifləməsini gözləməkdir.
Bu həftə ABŞ-nin vasitəçiliyi ilə Əbu-Dabidə keçirilən danışıqlar göstərdi ki, Kreml hələ də ilkin hərbi məqsədlərinə sadiqdir: Ukraynanı parçalamaq və özünə tabe etmək, eyni zamanda Avropada müharibədən sonrakı siyasi nizamı yenidən formalaşdırmaq.
Ekspertlər hesab edirlər ki, Putin strategiyalarının nə dərəcədə nəticə verəcəyini görmək üçün 2027-ci ilin əvvəlinədək gözləyəcək. Bundan sonra əvvəlki kursu davam etdirmək və ya ona düzəlişlər etmək barədə qərar verəcək.
Montereydəki Ceyms Martin Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Mərkəzinin Avrasiya məsələləri üzrə direktoru Hanna Notte bildirib:
“Ruslar yazı gözləyəcəklər. Raket kampaniyasının hansı nəticəni verəcəyini, eləcə də Fransada keçiriləcək növbəti prezident seçkilərində kimin qalib gələcəyini görmək istəyirlər. Bundan sonra vəziyyəti qiymətləndirəcəklər”.
Nottenin fikrincə, hətta bu halda belə, Rusiya öz strategiyasına yenidən baxacaq, amma öz məqsədlərindən imtina etməyəcək.
///Teleqraf