Prokurorluq orqanlarına imtahanın tarixi dəyişdirildi
Baş Prokurorluq tərəfindən elan edilmiş müsabiqənin test imtahanı mərhələsində müvəffəqiyyət qazanmış namizədlər üçün 19 noyabr 2026-cı il tarixinə nəzərdə tutulmuş yazılı imtahan 23 noyabr 2026-cı il tarixə keçirilib.
Baş Prokurorluqdan Sitat.info-ya verilən məlumata görə, imtahan həmin gün saat 10:00-dan başlayaraq 4 saat müddətində Azərbaycan Texniki Universitetinin “İdman Sarayı”nda (Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova küçəsi 5) keçiriləcəkdir.
Namizədlər buraxılış rejiminin təmin edilməsi məqsədilə saat 09:00-dək imtahan binasının qarşısında olmalı, “Yazılı imtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər.
Buraxılış vərəqəsi və “Yaddaş kitabçası” Baş Prokurorluğun https://hr.genprosecutor.gov.az/ internet səhifəsindəki şəxsi kabinet vasitəsilə əldə edilərək çap olunmalıdır.
Əlavə məlumat üçün 361-00-80, 437-28-56, 361-00-76, 361-00-77 və 361-00-78 nömrəli telefonlarla əlaqə saxlamaq olar.