Hindistanda mikroavtobusla yük maşını toqquşdu - 24 ölü, 20 yaralı

Hindistanda mikroavtobusla yük maşını toqquşdu - 24 ölü, 20 yaralı
Dünya 13 Noyabr 2026 19:09

Hindistanın Assam ştatında mikroavtobusla yük maşını toqquşub.

Sitat.info xəbər verir ki, bu haqda “India Today” məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində azı 24 nəfər həlak olub, daha 20 nəfər isə xəsarət alıb.

Toqquşma nəticəsində mikroavtobus ciddi ziyan görüb və sərnişinlər əzilmiş nəqliyyat vasitəsinin içərisində sıxılaraq qalıblar.