"Problemlərdən danışmağa çəkinirik" - Polad Bülbüloğlu

\"Problemlərdən danışmağa çəkinirik\" - Polad Bülbüloğlu
Gündəm 13 Noyabr 2026 17:15

“Son illərdə mədəniyyətin inkişafı ilə bağlı çatışmazlıqlardan danışmaqdan sanki bir qədər çəkinirik. Hər şey inkişaf edir, hər şey yaxşıdır, çox gözəldir. Sənətkarlarımız bu sahədə çalışır, mədəniyyətimiz dünyada təbliğ olunur. Amma problemlərdən danışmağa, sanki, bir qədər çəkinirik”.

Sitat.info xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda keçirilən ictimai müzakirədə deyib.

O bildirib ki, belə görüşlərin və müzakirələrin faydası bəzi çatışmazlıqlardan danışmaq, lazımi məsələləri gündəmə gətirmək və müvafiq qurumların diqqətini bu problemlərə cəlb etməkdir.