Vəzifəli şəxs işdən çıxarıldı
Sosial şəbəkə hesabındakı paylaşımında Teymur Hacıyev əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qərara (red-töhmətlə işdən çıxarılma) etiraz edərək işdən azad olunması üçün yetərli hüquqi əsas olmadığını bildirmişdi.
Sitat.info xəbər verir ki, T.Hacıyev açıq məktubunda barəsində aparılan xidməti araşdırmaların nəticələrinə və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı nəzərdə tutulan qərara etiraz edib. O bildirib ki, barəsində irəli sürülən ittihamlar xidməti araşdırmalar zamanı təsdiqini tapmayıb, buna baxmayaraq, işdən çıxarılması məsələsi gündəmə gətirilib.
O, noyabrın 4-də və 5-də öz ərizəsi ilə işdən ayrılması üçün təzyiqlərlə üzləşdiyini, əks halda əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam veriləcəyi barədə xəbərdarlıq edildiyini də iddia edib.
T.Hacıyev məktubunda ailəsinin sosial vəziyyətinə də toxunub. İki övlad atası olduğunu bildirən əməkdaş övladlarından birinin əlilliyi səbəbindən xüsusi təhsil, reabilitasiya və davamlı dəstəyə ehtiyac duyduğunu qeyd edib. O, işini itirəcəyi təqdirdə ailəsinin maddi vəziyyətinin və övladının reabilitasiya imkanlarının çətinləşəcəyini vurğulayıb.
Qurum əməkdaşı əmək münasibətlərini öz ərizəsi ilə dayandırmaq niyyətində olmadığını və işinə davam etdirmək istədiyini bildirib.