Füzulidəki qəzada ölənlər müəllim və tələbələri imiş

Füzulidəki qəzada ölənlər müəllim və tələbələri imiş
HADİSƏ 14 Noyabr 2026 13:10
Füzulidə ağır yol-nəqliyyat hadisəsi zamanı vəfat edənlər müəllim və tələbələri olub.

Sitat.info Qafqazinfo-ya xəbər verir ki, həlak olan müəllim Seymur İsmayılov fizika müəllimi kimi işləyib.

Maşında ondan əlavə, 17 yaşlı tələbələri Turan Əsgərov və Əhəd Heydərzadə də olub. Hər üç şəxs hadisə yerində ölüblər.

Qeyd edək ki, “Opel” və “VAZ-2104” markalı avtomobillərin toqquşması nəticəsində daha bir neçə nəfər yaralanıb.