Məşhur aktyor vəfat etdi
Sitat.info xəbər verir ki, bu barədə TMZ məlumat yayıb. Aktyor oktyabrın 20-də vəfat edib.
Onun ögey qardaşı Conas Rozer ölüm xəbərini təsdiqləyərək bildirib ki, Kristian qaraciyər xəstəliyindən əziyyət çəkirdi.
"Onun indi cənnətdə anası ilə birlikdə olduğunu və çəkdiyi ağrılardan azad olduğunu düşünməklə təsəlli tapıram", – deyə Rozer sosial şəbəkədə yazıb.
O, Kristianı ehtiras və enerji dolu, möhtəşəm hekayələri və böyük xəyalları olan bir insan kimi xarakterizə edib.
Qeyd edək ki, Kristian Kazins 1990-cı ildə ekranlara çıxan "Kindergarten Cop" filmindəki Dominik obrazı ilə tanınıb. O, əkiz qardaşı Cozeflə birlikdə Arnold Şvartseneggerin canlandırdığı obrazın şagirdlərindən birini oynayıb. Əkizlərin eyni rola çəkilməsi uşaq əməyinə dair qanunların tələbləri ilə bağlı olub.
Qardaşlar 1994-cü ildə çəkilmiş "The Nannies" filmində də birlikdə rol alıblar. Onlar bodibilderlərin himayəsində olan dəcəl əkizləri canlandırıblar. Həmin filmdə rol alan aktyor Piter Pol isə 2020-ci ildə vəfat edib.
//Ajans.az