Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Azərbaycanda bir sıra məhsul və xidmət bazarlarının rəqabətli bazar modelinə keçməsi hədəflənir.
Sitat.info xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı"nda əks olunub.
Sənədə əsasən, xüsusi tənzimləmə tətbiq olunan infrastruktur və xidmət sahələrinin, habelə dövlətin müstəsna iştirakının mövcud olduğu məhsul və xidmət bazarlarının rəqabətli bazar modelinə mərhələli keçidi mexanizmi formalaşdırılacaq.
Mexanizmin formalaşdırılması Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə tapşırılıb.