Qazaxıstan hökuməti Türkiyə ilə hərbi kəşfiyyat sahəsində əməkdaşlıq protokolunu təsdiqləyib.
SİTAT.İNFO xəbər verir ki, Qazaxıstan hökumətinin dərc etdiyi fərmanda, mayın 10-da Qazaxıstan və Türkiyə arasında hərbi kəşfiyyat sahəsində əməkdaşlıq haqqında imzalanmış protokolun təsdiq edildiyi bildirilir.
“Tərəflər müvafiq protokol çərçivəsində hərbi kəşfiyyat məlumatlarının mübadiləsi və cari məsələlər üzrə ekspert qiymətləndirmələri, regionda tərəflərin təhlükəsizliyinə təhdid yaradan hərbi və siyasi vəziyyətlərlə bağlı hadisələrin monitorinqi kimi sahələrdə əməkdaşlıq edəcəklər. Bxeynəlxalq terror təşkilatları və digər təşkilatlar haqqında qarşılıqlı məlumat mübadiləsi həyata keçiriləcək”.
Lamiyə,
Sitat.info