Latviya Rusiyanı terrorizmin sponsoru adlandırdı: Hərəkətləri İŞİD-ə bənzəyir...

14:26 11 Avqust 2022

Avqustun 11-də Latviya Seymi Rusiya Federasiyasını terrorizmi dəstəkləyən dövlət kimi tanıyıb. Eləcə də, Avropa İttifaqı ölkələrini  Rusiya Federasiyası və Belarus vətəndaşlarına viza verilməsini dərhal dayandırmağa çağırıb.

SİTAT.İNFO xəbər verir ki, latviyalı deputatlar  Aİ ölkələrini Ukraynaya hərbi, maliyyə, humanitar və diplomatik dəstəyi artırmağa, Rusiya Federasiyasının hərbi hərəkətlərini pisləməyə  və günahkarları məsuliyyətə cəlb etmək təşəbbüslərini dəstəkləməyə çağırıb. Həmçinin Rusiyanın beynəlxalq və regional təşkilatlardan təcrid olunmasını təklif ediblər. 

Bundan əlavə, Latviya Moskvanın hərbi təcavüzünün tərəfdarı kimi Belarusa qarşı ekvivalent sanksiyaların tətbiqinə çağırıb.

Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs Aİ-ni Rusiyanı terrorizmin himayədarı kimi tanımağa çağırıb və əsaslandırıb ki, raşistlərin davranışı İŞİD-ə bənzəyir.

Öz növbəsində ABŞ Senatı dövlət katibi Entoni Blinken Rusiyanı Çeçenistan, Gürcüstan, Suriya və Ukraynada törətdiyi cinayətlərə görə terrorizmin himayədarı elan etməyə çağıran qətnaməni yekdilliklə dəstəkləyib.

Qeyd edək ki, avqustun 2-də Latviya Rusiya Federasiyasının Ukraynaya və onun sakinlərinə qarşı zorakı hərəkətlərini terrorizm kimi tanıyan qətnamə layihəsini təsdiqləyib.

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti