Proseslər sürətlə dəyişəcək: Hərbi təşəbbüs Ukraynanın əlinə keçib!

16:22 11 Avqust 2022

"Rusiya-Ukrayna müharibəsində çox böyük dəyişikliklər baş verir. Ukrayna onsuz da çoxdan strateji üstünlüyü ələ almışdı. Rus ordusu 1 aya yaxındır ki, 1 metr də irəliləyə bilmir. Əksinə bəzi mövqelərdə geri çəkilib".

Bu sözləri politoloq Qabil Hüseynli  SİTAT.İNFO-ya açıqlamasında səsləndirib.

O bildirib ki, bunun əvəzində Ukraynanın mövqeyi xeyli güclənib:  "Son olaraq Amerika Ukraynaya 1 milyard dollarlıq vəsait ayırdı. O vəsaitin hesabına artıq 300-320 kilometrə raket zərbəsi endirə bilən HİMARS sistemləri Ukranynaya gətirildi. Bundan sonra, Ukraynanın əl-qolu açıldı. Krımda hərbi-hava bazasını partlatdılar. Rusiyanın ərazisində də bir hərbi-hava qüvvələrinin bazası vurulub. Orada da 1 təyyarə və digər silahlar məhv edilib. İki hərbi-hava  bazasının vurulması nəticəsində Rusiyaya dəyən ziyanın miqdarı 2 milyard dollara yaxındır. Xersonda rus qoşunları mühasirə altında qalıb, onların bütün logistik əlaqələri qırılıb. Əlaqə yalnız hava yolu ilədir. Artıq müharibədə əsaslı dönüşün başlanğıcı qoyulub".

Professor bildirib ki, bundan sonra proseslər sürətlə Ukraynanın xeyrinə dəyişəcək: " Ukrayna sürətlə ərazilərini azad edəcək. Əks-hücum əməliyyatları yəqin ki, Xerson və Zaparojye əyalətlərindən başlayacaq. Ukrayna sürətli manevr etməyi bacarır, onların döyüş istiqamətlərini tez-tez dəyişməsi də rusları çaşdırır. Cənubdan şimala, şimaldan cənuba keçir, təmas xətti tez-tez dəyişir. Cənubdan şimala doğru 1200 kilometrlik bir məsafəni əhatə edir. Çox ağır itkilər var. Rusiyanın itkiləri daha çoxdur. Kremlin hərbi pontensialı hər keçən gün zəifləyir. Ukrayna isə NATO dövlətlərindən silahlar, texnikalar, maliyyə yardımı alır. Ona görə də hərbi təşəbbüs artıq Ukraynanın əlinə keçib".

Nərgiz Liftiyeva

SİTAT.İNFO



Xəbər xətti