Şirvanda qəza ölümlə nəticələnib - FOTO

21:15 11 Avqust 2022

Şirvanda baş verən qəzada bir nəfər ölüb.

Sitat.info-nun məlumatına görə, hadisə Şirvan şəhəri dəmir yolu stasiyasının çeşidləmə məntəqəsində baş verib.

“VAZ-2106” markalı avtomobilin aşması nəticəsində Şirvan rayon sakini, 2007-ci il təvəllüdlü Həsənov Emin Elvin oğlu hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti