İstanbuldan Bakıya uçan təyyarədə İNSİDENT

14:13 12 Avqust 2022

Avqustun 11-də  İstanbuldan Bakıya uçmalı olan təyyarədə gərginlik yaşanıb.

Bu barədə Redaktor.az-a həmin təyyarədə olan tanınmış şair-jurnalist Mahir Cavadlı xəbər verib. 

Onun sözlərinə görə, sərnişinlərdən biri uçmaqdan imtina edib.

Bu hal sərnişinlərdə şübhə doğurduğu üçün  və kapitan təyyarənin təkrar yoxlanmasını tələb edib.

İstanbul hava limanının təhlükəsizlik qüvvələri isə olayla bağlı təyyarənin kapitanını günahlandırıbıar. 

Kapitanın təlimata uyğun hərəkət etdiyini bildirən sərnişinlərin təkidindən sonra təhlükəsizlik qüvvələri təyyarəni yenidən yoxlayıblar. 

Nəticədə təyyarə 3 saat gecikib.

Bu səbəbdən sərnişinlərin bəziləri bu reyslə uçmaqdan imtina edib.

Məsələ ilə bağlı AZAL-dan sorğumuza cavab olaraq bildirildi ki, həqiqətən “Azərbaycan Hava Yolları” aviaşirkətinin "J2 078" nömrəli İstanbul-Bakı reysində sərnişinlərdən biri təyyarəyə mindikdən sonra ictimai asayişi pozaraq uçuşdan imtina edib.

Aviaşirkətin qaydalarına əsasən, hava gəmisinin kapitanı bu reysin sərnişinlərinə təkrar baxış keçirib. Bununla əlaqədar, təyyarənin İstanbuldan Bakıya uçuşu təxminən 3 saat gecikmə ilə həyata keçib.



Xəbər xətti