Bakıda fəhlənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
“Sitat.info” Nərimanov Rayon Prokurorluğuna istinadən xəbər verir ki, hadisə avqustun 12-si saat 09 radələrində Nərimanov rayonu, M.Araz (“Milyonerlər məhəlləsi” kimi tanınan küçə) 92 ünvanında baş verib.
1983-cü il təvəllüdlü Aqil Əliyevin fəhlə kimi işlədiyi üçmərtəbəli binanın zirzəmisində elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə istintaq davam edir.