Buzovna çimərliyində iyrənc, eyni zamanda təhlükəli vəziyyət yaranıb. Belə ki, ləpədöyəndə uzun bir zolaq neft tullantıları ilə çirklənib.
Sitat.info xəbər verir ki, məsələ ilə əlaqədar sakinlər tərəfindən Oxu.Az-a şikayət daxil olub.
Videodan da göründüyü kimi, Buzovna çimərliyinin “Buz Bar” adlandırılan ərazisindəki çirklilik nəzərəçarpacaq dərəcədədir. Bəzi sakinlər isə iyrənc mənzərəyə baxmayaraq, dənizə girməkdən çəkinmirlər.