Azərbaycanda daha bir tələbə avtomobil qəzasının qurbanı olub.
“Sitat.info” xəbər verir ki, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Məktəbəqədər təhsil ixtisasında təhsil alan Nəzrin Ələsgərova avtoqəza nəticəsində həyatını itirib.
Kollec rəhbərliyi tələbənin vəfatı ilə əlaqədar başsağlığı verib.