"Kurtlar vadisi" serilanda canlandırdığı "Elif" obrazıyla sevilən aktrisa Özgü Namal uzun müddətdən sonra ilk dəfə görüntülənib.
Sitat.info "axşam.az"a istinadən xəbər verir ki, aktrisa baş rolunu Oktay Kaynarcanın canlandırdığı "Mən bu cahana sığmazam" serialının çəkiliş komandasını ziyarətə gedib.
Namalın rejissor Onur Tanla fotosu sosial şəbəkədə yayılıb. Aktrisanın son halı sevənlərini məyus edib.
Qeyd edək ki, Ö.Namal 2 il öncə həyat yoldaşı vəfat etdikdən sonra bu sahədən uzaqlaşıb.