Qarabağdakı erməni separatçıların başçısı Arayik Arutyunyan ötən gün Xocavənd rayonunun işğal altındakı Çartar qəsəbəsinə gəlib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Arutyunyan Çartarda Rusiyada yaşayan xeyriyyəçi Vladimir Avakyanın vəsaiti hesabına tikilmiş, çoxfunksiyalı idman kompleksinin şəraiti ilə tanış olub.
Separatçıların başçısı Çartardakı erməni icması ilə görüşüb, mövcud problemləri müzakirə edib. İcma üzvləri içməli və suvarma suyunun çatışmazlığından, yolların bərbad durumundan, bir sıra digər sosial-iqtisadi problemlərdən söz açıblar.
Qarabağda baş verən son hərbi-siyasi hadisələrə toxunan Arayik Arutyunyan bildirib ki, bunlar əsasən geosiyasi vəziyyətlə bağlıdır.
O, üçtərəfli bəyanatla qurulan kövrək sülhdən və bu sülhün qorunması funksiyasını öz üzərinə götürən Rusiya sülhməramlı kontingentindən narazılığını gizlətməyib.
Separatçıların başçısı güclü səbirlə silahlanmanın vacibliyini vurğulayıb.