İrəvan Azərbaycan və Türkiyə ilə sülhün bərqərar olmasına qarşıdır.
Sitat.info xəbər verir ki, bunu erməni bloger İşxan Verdyan deyib.
“Bu gün Ermənistanın bütün elitası Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının əleyhdarıdır. Ermənistanın bütün elitası! Bir dənə də olsun anlayışlı və ya layiqli insan yoxdur. Bu gün Ermənistanın bütün elitası dünyanın əleyhinə işləyir”, - Verdyan bildirib.
Verdyan Baş nazir Nikol Paşinyanın da güclü təzyiq altında olduğunu deyib:
“Paşinyan Ermənistanın mütləq lideri sayıla bilməz, çünki hər şey onun istəyi ilə baş vermir. Bəlkə nəsə onu narahat edir, bəlkə ona yanlış məlumat verilir? Ancaq bir qarışıqlığın olmasına heç kimin şübhəsi yoxdur. Barışıq üçün sıfır addım, başa düşürsünüz? Ümidin nə olduğu bəlli deyil. Bu yolla Ermənistanı məhv etmək istəyirlər. Azərbaycana heç nə olmayacaq. Gec-tez haqqını alacaq. Belə davam edərsə, Ermənistanın başına nə gələcək? Bölgədə necə yaşayacaq?”
Verdyan Ermənistanda zəngin Azərbaycan mədəni-tarixi irsinin olduğunu qeyd edib və 20-ci əsrin sonlarında etnik təmizləmə nəticəsində Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarına hörmət edilməsinin vacibliyini vurğulayıb.
O, bildirib ki, Ermənistanda həqiqəti deməyə çalışan insanlar var, lakin onları çılğın hesab edirlər, susdururlar, özlərini dəli kimi göstərməyə çalışırlar:
“Mətbuata girməyin heç bir yolu yoxdur. Bütün media bu elitanın nəzarətindədir. Onların hamısı köhnə “Qarabağ klanı” Robert Köçəryan tərəfindən idarə olunur. Bu “Qarabağ klanı” 20 il ərzində çətirləri ilə bütün Ermənistanı bürüdü və bu ideologiyanı ölkəyə yeridib. Bu gün isə bu, Ermənistanın əleyhinə işləyir”.
/Axar.az