Gürcüstanda zəlzələ oldu

21:14 15 Avqust 2022

Avqustun 15-də axşam saatlarında Gürcüstanda zəlzələ baş verib.

“Sitat.info” xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanlar yerli vaxtla saat 18:47-də ölkənin cənubunda Adigen rayonunun Zoti kəndi yaxınlığında qeydə alınıb.

Zəlzələ 3,2 bal gücündə olub

 

 



Xəbər xətti