Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı növbəti sanksiyaların tətbiqi istiqamətində işləmək niyyətindəyik.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts deyib.
O bildirib ki, oliqarxlara, müharibəyə görə məsuliyyət daşıyanlara və Rusiya iqtisadiyyatına tətbiq olunan sanksiyalar artıq effektini göstərir:
"Birlikdə çox böyük qərarlar qəbul etmişik və bu, uğurumuzun bir hissəsidir. Biz bu istiqamətdə işimizi davam etdirəcəyik".
Həmçinin, Şolts bir daha Almaniyanın Kiyevə həm siyasi, həm də iqtisadi baxımdan hərtərəfli yardım göstərməyə hazır olduğunu bəyan edib.