Bakının Yasamal rayonunda intihara cəhd hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Müzəffər Həsənov küçəsində qeydə alınıb.
1999-cu il təvəllüdlü T.Fərəcova özünü bacısına məxsus “Günəş” kafesinin ikinci mərtəbəsindən yerə atıb. O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşları araşdırır.