İrəvanın “Surmalu” ticarət mərkəzində baş vermiş partlayışla əlaqədar hökumət matəm günü elan edəcək.
SİTAT.İNFO xəbər verir ki, bu barədə News.am-a Ermənistan Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.
Matəm gününün tarixi axtarış-xilasetmə işlərinin başa çatmasından sonra müəyyən ediləcək.
Qeyd edək ki, hadisə nəticəsində 16 nəfər həyatını itirib, 10 nəfər itkin düşmüş hesab olunur. (Qafqazinfo)