Kremldə çaxnaşma! Putinə qarşı çıxanlar bir-bir ölü tapılır...

16:06 16 Avqust 2022

Rusiyanın Zaporojye Atom Elektrik Stansiyasına hücumları dünyanı narahat etdiyi bir vaxtda , Kremlin yüksək rütbəli rəsmisinin ötürdüyü məlumatlar Qərb kəşfiyyat orqanları arasında yayılıb.

Belə ki, Rusiya prezidenti Vladimir Putinə yaxın yüksək vəzifəli məmurlar Qərbin sanksiyaları və müharibənin yaratdığı iqtisadi tənəzzüldən təşvişə düşüblər.

İddialara görə, Kremlin yüksək rütbəli rəsmisi ötən gün Qərb diplomatlarına və kəşfiyyat rəhbərlərinə Ukraynadakı müharibəni dayandırmaq üçün müraciət edib.

Məlumata görə, Moskva elitasının əksəriyyəti Rusiya prezidenti Vladimir Putinin qonşu ölkəyə təcavüzünün gedişatından son dərəcə narahatdır. Qərbin kəşfiyyat orqanlarına paylandığı iddia edilən və “Mirror” qəzeti tərəfindən ələ keçirilən sənəddə Putinin yaxın çevrəsinin nümayəndəsinin danışıqlar aparmaq istəyi ilə işarə göndərdiyi bildirilir və əlavə edilir:

Moskvanın yüksək səviyyəli məmurlarından hansının Putinin planlarını alt-üst etdiyi bəlli deyil, lakin sənəddə iddia olunur ki, içəridəkilər Rusiyada “rejimin sütunu”dur. Ukraynalı mənbə “The Mirror”a bildirib ki, Kremlin yüksək rütbəli məmurlarının Putinin arxasından  Qərb kəşfiyyat orqanları ilə əlaqə saxlamağa çalışdığını eşidəndə təəccüblənməyəcəklər.

"İkinci Dünya Müharibəsinin son mərhələlərində olduğu kimi, öz gələcəyi ilə bağlı narahat olan hakimiyyət orqanlarının bunu təmin etmək üçün nəsə etməsi adi haldır", - mənbə bildirib.

AMMA... PUTİNƏ QARŞI ÇIXAN İNSANLAR BİR- BİR ÖLÜR

Moskvada yüksək rütbəli siyasətçi Ukrayna ilə bağlı  sülh arzusunu açıq şəkildə bəyan edərsə və ya Putini tənqid edərsə, onların həyatı və ailələri ciddi təhlükə altında olacaq. Necə ki, Anatoli Çubays mart ayında Putinin beynəlxalq təşkilatlardakı xüsusi nümayəndəsi vəzifəsindən istefa verib və müharibəyə etiraz olaraq Rusiyanı tərk edərək mühacirətdə yaşamağı seçdi və 67 yaşlı siyasətçi keçən ayın sonlarında əzalarında uyuşma hiss etdikdən sonra qəfil və ağır xəstələndi. Hazırda reanimasiyada nadir nevroloji xəstəlikdən əziyyət çəkdiyi güman edilir.

Çubays hadisəsi Putinin Ukraynada “xüsusi hərbi əməliyyatı”nın başlamasından və Qərbin sanksiyalarının tətbiqindən sonra rus iş adamları, məmurları və onların ailələrinin başına gələn onlarla müəmmalı xəstəlik və ölüm hallarının sonuncusudur.

Fevralın 25-də, Ukraynanın işğalından bir gün sonra, Rusiyanın enerji nəhəngi “Qazprom”un yüksək vəzifəli məmuru Aleksandr Tyulakov öz qarajında ​​ölü tapılıb. Baş müdir müavini səviyyəsində olan yüksək rütbəli maliyyə və təhlükəsizlik məmuru asılmış vəziyyətdə tapıldı. Bu yaxınlarda onun  açıqlanmayan bir "intihar qeydi" tapıldı. Məlumatlara görə, o, ölməzdən əvvəl " çox pis döyülüb".

Aprelin 18-də Kremlin keçmiş rəsmisi və  "Qazprombank"ın vitse-prezidenti, 51 yaşlı Vladislav Avayev qızı Anastasiya ilə  2 milyon funt-sterlinq dəyərində olan ultra lüks mənzilində ölü tapılıb. Təkcə Avayev deyil, onun 47 yaşlı arvadı Yelena və digər qızı 13 yaşlı Mariya da güllələnib və meyitin əlində silah tapılıb.

Rusiyanın ən böyük özəl qaz şirkəti olan "Qazprom”un əsas səhmdarı olduğu “Novatek”in keçmiş vitse-prezidenti, 55 yaşlı milyonçu Sergey Protosenya da villasının bağçasında asılmış vəziyyətdə tapılıb. Onun həyat yoldaşı Natalya və 18 yaşlı qızının cəsədləri də evdə olub. Onlar yatarkən balta ilə öldürülüblər.

Bunlar Putinin Ukraynaya təcavüzündən sonra Rusiya elitasının və onların ailələrinin müəmmalı ölümlərindən yalnız bir neçəsidir.



Xəbər xətti