Sərdar Cəlaloğlu FHN-dəki intim qalmaqalından danışdı: "Bu cür yollarla..."

19:46 16 Avqust 2022

Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının intim videoları böyük rezonans yaradıb. 

Ard-arda yayılan intim videoları isə cəmiyyətdə gərginliyi bir qədər də artırıb.

Məsələ ilə bağlı ADP sədri Sərdar Cəlaloğlu sitat.info-ya açıqlamasında bu cür halların dövlətçiliyə zidd olduğunu bildirdi: "Məmurların şantaj olunması bilavasitə maraqlı qüvvələr tərəfindən həyata keçrilir. Bu da iqtidar daxilində qeyri-sağlam rəqabətin olduğunu göstərir. Əksinə baxsaq, bu cür yollarla məmurların işdən çıxarılması ənənəsi dövlətçiliyə ziddir.

Birmənalı şəkildə bunun qarşısı alınmalıdır. Əks halda məmurlar bir-brini kompramant toplamaqla məşğul olacaqlar”.

Sitat.info

 



Xəbər xətti