150-200 bal arasında nəticə göstərmiş şəxslərin seçə biləcəkləri ixtisaslar açıqlanıb.
Sitat.info xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?" mövzusunda çıxışı zamanı məlumat verib.
O bildirib ki, bunlar meliorasiya mühəndisliyi, texnologiya müəllimliyi, ekologiya mühəndisliyi, aqronomluq, balıqçılıq, meşəçilik, şərabçılıq, torpaqşünaslıq və aqrokimya, yer quruluşu, daşınmaz əmlakın kadastrı, zoo mühəndislik kimi ixtisaslardır:
"Kənd təsərrüfatı yönümlü ixtisasları seçənlər də dövlət sifarişli yerlərdə oxuya biləcəklər. Bu ixtisaslara elə də çox maraq yoxdur. Lakin bunlar ölkə üçün çox vacib ixtisaslardır".