ABŞ-da təyyarə restorana çırpıldı - 2 nəfər öldü

22:28 16 Avqust 2022

ABŞ-ın İllinoys ştatında mühərrikindəki nasazlıq səbəbindən məcburi eniş edən kiçik təyyarə yol kənarındakı restorana çırpılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində təyyarənin pilotu və yanında olan bir nəfər həlak olub.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.



Xəbər xətti