Ukrayna Silahlı Qüvvələrinə təslim olmamışdan əvvəl rus işğalçılarının görüş yeri barədə razılığa gəlməsi son dərəcə vacibdir. Bunun məsuliyyəti bu istəyi ifadə edənin üzərinə düşür.
SİTAT.İNFO xəbər verir ki, bunu hərbi ekspert Oleq Jdanov deyib.
Ekspert cəbhə xəttində təxribat törətməkdən və döyüş əməliyyatlarından imtinanı, atəşi dayandırmağı təslim olmağın ən asan yolu adlandırıb: "O zaman bölmələrimiz mövqelərə daxil ola bilər. Eyni zamanda siz də ağ bayraq qaldırın ki, əsgərlərimiz atəş açmayacağınızı başa düşsünlər. Əgər ruslar ağ bayrağı çölə atarlarsa, deməli təslim olmaq istəyirlər".
Hərbi ekspert ukraynalı hərbçilərə də ehtiyatlı olmağı məsləhət görüb: "Siz ehtiyatlı olmalısınız. Çünki rus ordusu danışıqlara gələn Ukrayna əsgərlərini güllələyə bilər. Müharibə qaydalarına görə, barışıq üçün gələn hərbçi toxunulmaz fiqurdur. O diplomat kimidir, statusu var, dinləmək və ya nə isə demək üçün gəlib".
Ləman,
SİTAT.İNFO