Rusiya öz hərbi əsirlərinə maraq göstərmir - Ukrayna MN

13:24 18 Avqust 2022

Ukraynaya genişmiqyaslı işğalın altıncı ayında Rusiya öz hərbi əsirlərinin bəzi qruplarına o qədər də maraq göstərmir.

SİTAT.İNFO xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov məlumat verib.

Onun sözlərinə görə, Rusiya Luqansk terrorçuları ilə Donbasın müvəqqəti işğal olunmuş ərazilərində zorla əsir olunanları mübadilə etməyə tələsmir.

“Biz Rusiyanın öz hərbçilərinə münasibətini hər yerdə görürük: Pis təlim keçiblər, zorla səfərbər olunublar, pis geyiniblər və köhnə , pis silahlara sahibdilər".

Yusov həmçinin qeyd edib ki, buna baxmayaraq, əsirlərin dəyişdirilməsi ilə bağlı danışıqlar davam edir.

"Ukraynanın müdafiəçilərinin qaytarılması üzrə işlər davam edir, xəbər gözləyirik. Döyüşçülərin Ukraynaya qayıtması üçün kifayət qədər mübadilə fondu və digər vasitələr var. Bütün Silahlı Qüvvələr bunun üzərində işləyir".

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti