Türkiyə milli müdafiə naziri Hulusi Akar Ukraynanın müdafiə naziri Aleksey Reznikov ilə görüşüb.
SİTAT.İNFO xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bildirilib.
Qeyd olunub ki, görüş Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfəri çərçivəsində baş tutub. Görüş zamanı ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.