Rinat Axmetov: “Rusiyanı tam şəkildə enerji embarqosuna məruz qoyun”

19:26 18 Avqust 2022

Rusiyaya qarşı mübarizədə dünyanın əsas vəzifəsi Qərbin sanksiya təzyiqini gücləndirmək, xüsusən də tam enerji embarqosunu tətbiq etməkdir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu fikir ukraynalı iş adamı və milyarder Rinat Axmetov tərəfindən Polşanın Wiadomości jurnalına müsahibəsində səsləndirilib.

"Rusiya Qərbdən sanksiyalar tətbiq etmək məsələsində belə qətiyyət gözləmirdi. Sanksiya təzyiqləri daim artırılmalıdır. Əsas odur ki, Rusiyaya qarşı tam enerji embarqosu Qərbi daha da gücləndirəcək və Moskvanı Qərbin pullarından öz hərbi sənayesini maliyyələşdirməsində istifadə etmək imkanından məhrum edəcək”,-deyə o, bildirib.

Axmetov burada daha mühüm məqamı qeyd edib. O, Rusiyaya başqa ölkələrin köməyi ilə sanksiyalardan yan keçmək imkanı verməməyə də çağırıb.

"Sanksiyalar öz təsirini artıq göstərir. Uzunmüddətli perspektivdə Rusiya iqtisadiyyatı təcrid şəraitində daha böyük itkilərə məruz qalacaq", - deyə biznesmen əminliyini ifadə edib.

Xatırladaq ki, Axmetov Ukrayna infrastrukturunun dağıdılması ilə bağlı Rusiyaya qarşı AİHM-də iddia qaldırıb. Onun sahibi olduğu “SCM” şirkətinə məxsus müəssisələrin itkiləri 20 milyard dollar həcmində qiymətləndirilir.



Xəbər xətti