Xəbər verdiyimiz kimi, Şəmkirdə itkin düşən 33 yaşlı qadın Bakıda tapılıb.
“Qafqazinfo”nun məlumatına görə, Biləcəri qəsəbəsində kafelərdən birində ofisiant işləyən Asimə Məmmədova “Real TV”yə danışıb.
O bildirib ki, özü və uşaqları həyat yoldaşı tərəfindən təzyiqlərə məruz qalsa da, valideynləri onun boşanmasına razı olmayıblar. Asimə Məmmədova həyat yoldaşı Azər Nağıyevi içki düşkünü olmaqda və övladlarına baxmamaqda günahlandırıb.