Mardindəki qəzaya görə sürücülər saxlanıldı

09:25 21 Avqust 2022

Mardində əyləci partlayan yük maşınının izdihamın üzərindən keçməsi nəticəsində baş vermiş qəzadan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə daxili işlər naziri Süleyman Soylu bölgəyə gedib.

“Sitat.info” Türkiyə mediasına istinadən xəbər verir ki, nazirin sözlərinə görə, faktla bağlı cinayət işi açılıb və 2 yük maşını sürücüsü saxlanılıb: 

“Həm qəzaya səbəb olan hadisəni, həm də bu işdə səhlənkarlıq olub-olmamasını araşdırırıq. Hadisə bütün təfərrüatları ilə öyrənilir. 20 vətəndaşımız həyatını itirib. Xəstəxanada müalicə alan 2 sürücü saxlanılıb”. 

Qeyd edək ki, qəzada 6-nın vəziyyəti ağır olmaqla 26 nəfər yaralanıb. 

/Qafqazinfo

 



Xəbər xətti