“Bundan Ukraynaya qarşı 3 dəfə istifadə etmişik” - Şoyqudan etiraf

18:34 21 Avqust 2022

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya Silahlı Qüvvələrinin Ukraynada keçirdiyi xüsusi əməliyyat zamanı “Kinjal” hipersəs raketindən üç dəfə istifadə etdiyini etiraf edib.

Sitat.info Musavat.com-a istinadən xəbər verir ki, bu etirafı Şoyqu “Rossiya-1” telekanalına müsahibəsində dilə gətirib:

Bu raketin xüsusiyyətlərinə malik ikinci raketin dünyada olmadığını bildirən Şoyqu raketin çox sürətli və təsirli imkanlara malik olduğuna diqqət çəkib.

““Kinjal hipersəs raketidir. Eyni zamanda, marşrut boyunca həm şaquli, həm də üfüqi müstəvilərdə trayektoriyanı dəyişir. Ümumiyyətlə, onu götürmək faktiki olaraq mümkün deyil və biz ondan xüsusilə mühüm hədəflərə zərbə endirmək üçün istifadə edirik”, - Şoyqu bildirib.

Rusiya naziri Şoyqu Ukraynada 5-ci nəsil Su-57 döyüş təyyarəsindən də istifadə etdiklərini söyləyib.

 “Kinjal” yüksək dəqiqlikli hipersəs aeroballistik raketə malik aviasiya kompleksidir. Modernləşdirilmiş uzaqmənzilli qırıcı-tutucu MiQ-31 əsasında yaradılıb. Rusiya hərbçilərinin fikrincə, o, 2000 km-dən çox məsafədəki hədəfləri vurmağa qadirdir, eyni zamanda, bütün mövcud və inkişaf etmiş hava və raketdən müdafiə sistemlərinin öhdəsindən gəlməsinə zəmanət verilir.

 

 



Xəbər xətti