Bu dövlət Ukraynada Rusiyanın yaratdığı qondarma rejimlərə SANKSİYA tətbiq etdi

12:42 22 Avqust 2022

Yeni Zellandiya hökuməti Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya Federasiyasının 48 vətəndaşına qarşı yeni sanksiyalar paketi qəbul edib.

SİTAT.İNFO xəbər verir ki, bu barədə bazar ertəsi ölkənin xarici işlər naziri Nanaiya Mahuta bildirib.

"Yeni Zellandiya Kreml tərəfindən Ukraynanın işğal olunmuş ərazilərini idarə etmək üçün təyin edilmiş məmurlara qarşı sanksiyalar tətbiq edəcək. Yeni məhdudlaşdırıcı tədbirlər Donetsk və Luqansk vilayətlərinin administrasiyalarında siyasi və hərbi xadimlərə qarşı yönəlib." - nazir açıqlamasında bildirib.

Mahuta qeyd edib ki, Yeni Zellandiyanın sanksiyaları "işğal olunmuş rayonların nazirləri və merləri təyin edilən və ya başqa vəzifələr tutan , bu bölgələrin Rusiya ilə inteqrasiyasını təşviq edən" şəxslərə şamil ediləcək.

Nazir həmçinin xatırladıb ki, mart ayında Yeni Zellandiya parlamenti tərəfindən yekdilliklə qəbul edilmiş Rusiyaya qarşı sanksiyalar haqqında yeni qanun “səyahət qadağaları, aktivlərin dondurulması, maliyyə əməliyyatlarına qadağalar və gəmi və ya təyyarələrin sərhəddən keçməsinə qadağalar daxil olmaqla, geniş tədbirlər spektrini nəzərdə tutur."

Bu günə qədər Yeni Zellandiya Rusiya prezidenti Vladimir Putin və Dövlət Dumasının deputatları da daxil olmaqla 800-dən çox Rusiya vətəndaşına, eləcə də ölkənin 93 ən iri müəssisə və təşkilatına qarşı sanksiya tətbiq edib.

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti