Bakıda anasını qətlə yetirməkdə ittiham olunan 17 yaşlı İdeal Məmmədzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Sitat.info xəbər verir ki, işlə bağlı toplanmış dəlil və sübutlar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Rasim Sadıqovun sədrliyi ilə araşdırılacaq.
Xatırladaq ki, hadisə bu ilin aprel ayında Nizami metrostansiyasının yaxınlığında qeydə alınıb.
Rəsmi məlumata görə, "Aprelin 20-si saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılovanın aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla zərərçəkmişin oğlu, 2007-ci il təvəllüdlü A.C-nın qısqanclıq zəminində anası Ülviyyə İsmayılovaya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İ.M şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.