Oğluna verdiyi sözü tuta bilməyən şəhidimiz: "Gələcəm" demişdi... VİDEO

22:43 18 Fevral 2022

Müharibənin bitməsindən 1 ildən çox vaxt keçsə də, aldığımız yaralar sağalmaq bilmir. Müharibədən sonra da itkilərimiz az olmadı. 

Hər gün sosial şəbəkələrdə şəhidlərimizin fotoları, videolarını, onları itirən valideynlərinin, övladlarının, həyat yoldaşlarının kədərini əks etdirən həyat hekayələrini görürük. 

Onların kədərinə şərik olmaqla yanaşı, şəhidlərimizin xatirəsini yaşatmaq, unutdurmamaq da borcumuzdur. 

SİTAT.İNFO sizə şəhid baş leytenant Fuad Bağırovun bu gün sosial şəbəkələrdə yayılan videosunu təqdim edir. 

Qeyd edək ki, Kəlbəcərdə itkin düşəndən üç gün sonra meyiti tapılan Baş leytenant Fuad Bağırova şəhid statusu verildi. Belə ki, Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən dörd nəfər hərbi qulluqçularımız - baş leytenant Bağırov Fuad Allahverdi oğlu, MAHHXHQ kiçik çavuş Hüseynov Cavad Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu ərazidə istiqaməti itirərək azmışdılar. Aparılan axtarışlar onlardan üçü sağ tapılsa da, baş leytenant F.Bağırovun 3 gün sonra nəşi tapılmışdı. 

 



Xəbər xətti