Bakıda fərdi yaşayış evi yandı

21:09 23 Avqust 2022

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, İ.Anaşkin küçəsində fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

Bu barədə Sitat.info FHN-ə istinadən xəbər verir.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.



Xəbər xətti