Ermənilər Laçın, Zabux və Susdan çıxdılar - REPORTAJ, VİDEO

11:45 24 Avqust 2022

Azadlıq Radiosunu erməni redaksiyasının reportajı

Ermənilər Laçın şəhərindən, Zabux və Sus kəndlərindən artıq tamamilə çıxıblar.

Sitat.info "AzadlıqRadiosu"nun erməni xidmətinə istinadən xəbər verir ki, əhali artıq Laçının mərkəzini, Zabux və Sus kəndlərini tərk ediblər. Zabuxda müəllimə işləyən Qayane İsaxanyan bildirib ki, onlar kənddən ötən çərşənbə günü çıxıblar: "Kənddən çıxandan sonra qayıdıb bir-iki gün orada qalmaq, kəndlə vidalaşmaq istədik. Lakin bizə bildirdilər ki, artıq geri qayıda bilmərik. Kənddə işıq, qaz, su, internet - bütün əlaqələr demək olar ki kəsilmişdi. Biz kəndə indi ancaq yuxarıdan baxa bilərik. Yollar bağlıdır..."

Radionun reportajında qeyd edilir ki, Laçında sonradan qoyulmuş sonuncu erməni abidəsi də artıq götürülüb. Buradan köçürülən əhali Zabuxla həmsərhəd olan Tex və Ermənistanın digər yaşayış məntəqələrində məskunlaşıblar.

Ətraflı reportajda:

 



Xəbər xətti