Taxıl dəhlizi razılaşması... - Kalın

12:13 24 Avqust 2022

Taxıl dəhlizi razılaşması Rusiya və Ukrayna üçün danışıqların yenidən başlaması üçün yeni platforma yarada bilər.

Sitat.info Manset.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri İbrahim Kalın deyib.

O bunun yalnız Rusiya və Ukrayna tərəflərinin istəyi ilə deyil, beynəlxalq ictimaiyyətin də bu mövzuda dəstəyi ilə mümkün olacağını bildirib:

“Bunun əldə olunması üçün təbii ki, Rusiya Ukrayna şəhərlərinə hücumlarını dayandırmalıdır. Hər iki tərəfdə aydın anlaşma və könüllülük olmalıdır. Türkiyə bu mövzuda tərəfləri bir araya gətirmək üçün böyük səy göstərir".

 

 



Xəbər xətti