Oğuzda dağlıq ərazidə yanğın başladı

15:03 24 Avqust 2022

Oğuzda dağlıq ərazidə yanğın başlayıb.

“Sitat.info”nun məlumatına görə, yanğın rayonun Muxas və Baş Daşağıl kəndləri ərazisindəki yüksək dağlıq ərazidə baş verib.

Yanğının söndürülməsi üçün Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi həyəti, o cümlədən meşə təsərrüfatı işçiləri əraziyə cəlb olunub.

Hazırda yanğın davam edir.



Xəbər xətti