Pandemiya ilə bağlı yeni proqnoz: Yazda vəziyyət belə dəyişəcək...

14:12 19 Fevral 2022

Covid-19 virusunun Omicron variantının xəstələrə yüngül təsiri, vaksinasiya prosesinin sürətlənməsi və yoluxmaların sayının pik səviyyədən aşağı düşməyə başlaması pandemiyanın bitəcəyinin xəbərçisidir. Artıq səhiyyə mütəxəssisləri də yaz mövsümündə pandemiyanın bitəcəyinə ümidlidirlər.

SİTAT.İNFO xəbər verir ki, Türkiyəli professor Özgür Yiğit bu haqda danışıb. O , hesab edir ki, Avropa qadağaları yenicə ləğv edib. Türkiyədə də maskalar, şəxsi ehtiyat tədbirləri və peyvəndlərdən başqa heç bir qadağa yoxdur:

"Omicrona yoluxma dünyada pik həddə çatdı.  Ancaq xəstələrin xəstəxanaya yerləşdirilməsi və reanimasiyaya düşməsi nisbəti ciddi dərəcədə azaldı. Bu, həm əhali arasında yüksək səviyyədə peyvəndlənmə, həm də Omicron variantın təsiri ilə bağlıdır. Yeni mutasiya ortaya çıxmasa, müddət sonra pandemiya yox olacaq. Covid də qrip kimi olacaq. Ancaq peyvəndlənmə bitməyəcək". 


Ekspertlər düşünür ki, koronavirus haqqında danışarkən “peyvənd vurdurmuşam, bundan sonra ömürlük peyvənd olunmağa ehtiyac yoxdur” deyə bilmərik. Peyvəndin təkrarlanması mütləqdir. Təkrar dozalar aparılacaq. 

Türkiyənin yoluxucu xəstəliklər üzrə mütəxəssisi, professor Ümit Savaşçı geniş aparılan vaksinasiya və sürətli yoluxma nəzərə alaraq bildirib  ki, artıq  kütləvi immunitet formalaşmaq üzrədir. Martdan sonra pandemiya gündəmimizdən çıxacaq. Gündəlik yoluxmalar minimuma düşəcək, maskalar, kütləvi yerlərdə sosial məsafə məcburi olsa da, ciddi risklər aradan qalxacaq. 


Türkiyənin daha bir mütəxəssisi doktor Erkan Temizkan da hesab edir ki, havalar istiləşməyə başlayanda və insanlar tam olaraq peyvənd dozalarını alanda virusdan qorunmaq tam şəkildə mümkün  olacaq və bizim üçün böyük təhlükə olmayacaq. Virus sosial təhlükə olmaqdan çıxacaq, tamamilə yox olmasa da, yeni mutasiyalara məruz qalsa belə, peyvəndlər təsirli olacaq. 
SİTAT.İNFO



Xəbər xətti