Bu maşınlar Qarabağdakı yollara xidmət edəcək - FOTO

12:02 25 Avqust 2022

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Qarabağ və Şərqi Zəngəzurda yol infrastrukturuna xidmət göstərilməsi üçün yeni alınan maşın-mexanizmləri təqdim edib.

Sitat.info-nun məlumatına görə, avqustun 25-də ​keçirilən təqdimat mərasimində yol təsərrüfatının müxtəlif sahələrində - istismar, təmir, inşaat işlərinin görülməsi üçün nəzərdə tutulan texnikalar, inşa edilən avtomobil yollarının müasir səviyyədə​ və keyfiyyətlə yenidən qurulması üçün Dövlət Agentliyi maşın-mexanizm parkına yeni gətirilmiş xüsusi təyinatlı avadanlıqlarla təchiz olunmuş ​avtomobillər nümayiş olunub.

Qeyd olunub ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol infrastrukturunun möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər bu il də davam etdirilib, bu məqsədlə Dövlət Agentliyi maşın-mexanizm parkına​ ​40 ​adda 360 yeni texnika və avadanlıqlar alınıb.

Bildirilib ki, müasir infrastrukturun yaradılması, yeni maşın-mexanizmlərin və avtomobillərin alınması işğaldan azad edilmiş ərazilərimizdə istənilən hava şəraitində xidmətin rahat və təhlükəsiz təşkilinə imkan verəcək.

 

 




Xəbər xətti