Bodrum bölgəsində aralarında türk müğənni İbrahim Talısəslə birgə 6 nəfərin olduğu mikroavtobus qarşı tərəfdən gələn yük maşını ilə toqquşub. Qəzadan sonra uçuruma yuvarlanan avtomobildə ilişib qalan İbrahim Tatlısəs xilasedicilərin uzun sürən səyləri nəticəsində xilas edilib. Huşunun yerində olduğu bildirilən Tatlısəsin 4 yaralı ilə birlikdə təstəxanada tibbi yardım aldığı deyilir.
SİTAT.İNFO Türkiyə mediasına istinadən xəbər verir ki, qəzanın təfərrüatları məlum olub. Saat 10.50 radələrində Kəpuz küçəsindən Ortakent istiqamətində hərəkət edən Gültəkin Gülsoyun idarə etdiyi yük maşını yağışın yaratdığı sürüşmə nəticəsində yolda idarəetmədən çıxıb, İbrahim Tatlısəsin olduğu mikroavtobusun getdiyi qarşı zolağa keçib. Toqquşmanın şiddəti ilə mikroavtobus və yük maşını uçuruma düşüb.
Hadisə yerinə yanğınsöndürmə briqadası, tibbi yardım və xilasetmə qrupları gəlib. Avtomobildə sıxışan İbrahim Tatlısəs və iki yaralının xilas edilməsi üçün işlərə başlanıb. Tatlısəsin olduğu avtomobil əvvəlcə kranla uçurumdan çıxarılıb. Media nümayəndələrinin foto çəkməsini istəməyən yaxınlarının tələbi ilə polis pərdələrlə ətrafı sardırıb.
Xilasetmə qruplarının səyi nəticəsində xüsusi aparatla avtomobilin qapısı sökülüb. Əvvəlcə digər iki yaralı çıxarılıb, daha sonra İbrahim Tatlısəs xilas edilb. Sənətçi xərəyə götürülərək təcili yardıma aparılıb. Yaralılar müalicə üçün Bodrumdakı özəl xəstəxanaya çatdırılıb. İbrahim Tatlısəsin şüurunun yerində olduğu bildirilib.
Digər tərəfdən müğənni Demet Akalın və həyat yoldaşı Okan Kurt qəzada yaralanan İbrahim Tatlısəsi müalicə aldığı xəstəxanada ziyarət edib.
Qeyd edilir ki, İbrahim Taltlısəs axşam saatlarında Yalıkavakda çıxış edəcəyi restorana gedirmiş.
Nərgiz,
SİTAT.İNFO