Rusiya ordusunda yeni dönəm: Putin sənəd imzaladı

15:08 26 Avqust 2022

Rusiya prezidenti Vladimir Putin 2023-cü ilin əvvəlinə qədər Rusiya ordusundakı əsgərlərin sayının 137 min nəfər artırılması haqqında qərar imzalayıb.
SİTAT.İNFO xəbər verir ki, qərara görə, Putin həmçinin Rusiya Federasiyası Silahlı Qüvvələrinin şəxsi heyətinin 1 milyon 150 min 628-i əsgər olmaqla 2 milyon 39 min 758 nəfər təşkil edilməsini əmr edib.

Rusiya işğalın ilk həftələrində 1351 əsgərinin öldürüldüyünü bildirsə də, sonradan ümumilikdə nə qədər itki verdiyini açıqlamayıb. Qərb təxminlərinə görə, faktiki say bundan ən azı 10 dəfə çox ola bilər, Ukrayna mənbələri isə ən azı 45.000 rus əsgərinin öldüyünü və ya yaralandığını bildirir.
Kiyev də əvvəlcə müharibədə neçə əsgərinin öldüyü barədə məlumat vermək istəmirdi, lakin bu həftənin əvvəlində Ukrayna silahlı qüvvələrinin rəhbəri 9 minə yaxın şəxsi heyətin öldürüldüyü barədə məlumat verdi.
Putinin fərmanında kadrların necə artırılacağı göstərilməsə də, hökumətə müvafiq büdcənin ayrılması tapşırılıb.

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti