Azərbaycan müharibə dövründə Xankəndiyə girməyə çox yaxın idi, ancaq biz bunu etmədik.
Sitat.info Unikal.org-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Şuşada keçirilən beynəlxalq konfransda deyib.
“Əlbəttə, hərbi cəhətdən çox çətin qərar idi, ancaq bu, bizim üçün həm də mənəvi məsələ idi. Biz Xankəndidə mülki əhalinin ölümünü görmək istəmədik. Bu, insani məsələ idi”, - Prezident köməkçisi vurğulayıb.
Hikmət Hacıyev bildirib ki, Qarabağ artıq Azərbaycanın xarici siyasət məsələsi deyil:
“Bu məsələ artıq həll olunub və ATƏT-in Minsk qrupu tarixin keçmişinə gömülüb. Bu məsələ bizim üçün artıq bitib, indi sivil əlaqələrin qurulmasını istəyirik”.