Avqustun 26-sı günorta saatlarında Goranboy rayonu ərazisində baş vermiş avtoqəza nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Vahid Ərəblinskinin dəfn mərasimi keçirilib.
“Sitat.info” xəbər verir ki, o, Zaqatalanın Aşağı Tala kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, qəzada həlak olan müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçu Zaqatalanın Aşağı Tala kəndindəndir, o, general Balakişi Ərəblinskinin nəticəsidir, subay idi.
Xatırladaq ki, Balakişi bəy Ərəblinski (1828-1902) Rusiya İmperator Ordusunun zabiti, general-leytenant olub.
Mübariz Muradov