Son 24 saat ərzində Rusiya hərbçiləri Enerqodar və Zaporojye AES obyektini atəşə tutmağa davam edib.
29 avqust 2022-ci il saat 10:00-dan etibarən Zaporojye AES radiasiya və yanğın təhlükəsizliyi standartlarının pozulması riski ilə işləyir.
SİTAT.İNFO xəbər verir ki, bu barədə “Energoatom” məlumat yayıb.
Son 24 saat ərzində Rusiya hərbçiləri Enerqodar və Zaporojye AES obyektini atəşə tutmağa davam edib. Nəticədə Enerqodarın 10 mülki sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan dördü AES-in işçisi olub.
Ötən həftə dayandırıldıqdan sonra şəbəkəyə qoşulan iki enerji bloku ardıcıl olaraq Ukraynanın ehtiyacları üçün elektrik enerjisi istehsal edir. Avadanlıqların və təhlükəsizlik sistemlərinin işləməsi ilə bağlı hələlik heç bir açıqlama yoxdur.
Eyni zamanda, stansiyada Rusiya hərbçilərinin olması, onların silah-sursat, texnikası və partlayıcı maddələri Zaporojye AES -in təhlükəsiz istismarı üçün ciddi risklər yaradır. Mütəmadi atəşə tutulması nəticəsində stansiyanın infrastrukturuna ziyan dəyib, hidrogen sızması və radioaktiv maddələrin dağılması riskləri var, yanğın təhlükəsi yüksəkdir.
Stansiyanın ukraynalı heyəti nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsi, eləcə də dəymiş ziyanın nəticələrinin aradan qaldırılması üçün bütün səylərini əsirgəmədən qəhrəmancasına işləməkdə davam edir.
MAQATE missiyasının gəlişinə hazırlaşan işğalçılar isə AES-in şəxsi heyətinə təzyiqləri artırıblar - stansiyada işğalçıların cinayətlərinin sübutlarını yaymamaq və oradan hərbi baza kimi istifadə etmək üçün.
Nərgiz,
SİTAT.İNFO