Almaniyada məscidə təhdid məktubu: “Türklərin hamısını öldürəcəyik”

17:06 29 Avqust 2022

Almaniyada məscidlərə edilən irqçi hücumlara yenisi əlavə edilib. Barnstorf şəhərindəki Mövlanə məscidinə “NSU 2.0” imzalı təhdid məktubu göndərilib.

SİTAT.İNFO xəbər verir ki, məktubda: “Siz türklərin hamısını öldürəcəyik”, - yazılıb.

Aprel ayında da Mövlanə məscidi hücumların hədəfi olub və məscidə irqçi təhdid məktubu göndərilib.

İrqçi təhdidlərin tez-tez yaşandığı Almaniyada ötən il müsəlmanları və məscidləri hədəf alan 662 hücum baş verib.



Xəbər xətti